MƏKKƏ VƏ MƏDİNƏ ÜÇÜN YENİ YASAQ

0

Koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi Səudiyyə Ərəbistanı krallığında yeni yasaq qərarı qüvvəyə minib. İslamveirfan.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə kralı Salman bin Abduləzizin qərarı ilə Məkkə, Mədinə və Riyad şəhərlərində əhalinin evdən çıxması qadağan edilib.

Daha əvvəl isə krallıq rəsmiləri Məscidi-Haram və Məscidi-Nəbəvi ziyarətlərini qadağan etmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 133 nəfəri yeni olmaqla 900 nəfər covid-19 virusuna yoluxub, onlardan 1 nəfər dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSA PARLAMENTİNİN ÜZVÜ: “ƏGƏR BUNU MÜSƏLMANLAR ETSƏYDİ…”

Fransada koronovirus səbəbindən yaranmış fövqəladə vəziyyətə baxmayaraq bir qrup evangelistin toplanaraq ayin keçirməsi ölkədə etirazla qarşılanıb. Fransa parlamentinin üzvü Jan-Luk...

Bağla