MƏKKƏ VƏ MƏDİNƏDƏ KARANTİN ELAN EDİLDİ

0

Koronovirusla mübarizə tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanı krallığı Məkkə, Mədinə və Riyad şəhərlərinə giriş-çıxışları tamamilə məhdudlaşdırıb. İslamveirfan.com rəsmi SPA agentliyinə istinadən xəbər verir ki, kral Salman bin Abduləziz bu istiqamətdə bəzi qərarları təsdiq edib.   

Bu qərarlara görə Məkkə, Mədinə və Riyad şəhərlərinə giriş-çıxışlar məhdudlaşdırılıb,

Bütün ölkədə qüvvədə olan, 19.00-06.00 arasında tətbiq edilən komendant saatının vaxtı artırılaraq 15.00-06.00 olub,

Bu gün saat 15.00-də qüvvəyə minəcək qərarlar növbəti bir əmrə qədər qüvvədə olacaq.

Bu qaydalara riayət etməyənlərin cərimə və ya həbs ediləcəyi bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏKKƏ VƏ MƏDİNƏ ÜÇÜN YENİ YASAQ

Koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi Səudiyyə Ərəbistanı krallığında yeni yasaq qərarı qüvvəyə minib. İslamveirfan.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə...

Bağla