Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerli Ticarət Palatasının təşkilatçılığı ilə fevralın 22-26-da keçirilmiş beynəlxalq sərgidə 20-dən çox ölkə, o cümlədən Azərbaycan məhsulları nümayiş olunub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafi Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, Agentliyin dəstəyi ilə 8 sahibkarlıq subyektinin zəfəran və bal məhsulları, qurudulmuş meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və s. məhsulları təqdim edilib.
Həmçinin sərgidə KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.
Report