Müsəlmanların qibləgahı Kəbəi-Şərifin yerləşdiyi Məscidi-Haramda süni intellekt vasitəsilə ziyarətçi zəvvarlara yardım göstərilir.
Bu barədə məlumat və görüntülər Harameyn (İki müqəddəs şəhər) bölgəsinə aid rəsmi sosial şəbəkə səhifəsində paylaşılıb.
Uzaqdan idarə olunan süni intellektli bu robotlar, zəvvarların müxtəlif sahələrdə ixtisaslaşmış din xadimləri ilə ünsiyyət yaratmasını təmin edir.
Din xadimləri indilik 11 müxtəlif dildə zəvvarların suallarına cavab verir.
Remote-controlled multilingual AI robots at Masjid Al Haram continue to guide and assist pilgrims in obtaining answers to their questions by enabling remote communication with qualified sheikhs in 11 different languages. #Ramadan #Haramaininfo pic.twitter.com/usA2Fl4yAt
— 𝗛𝗮𝗿𝗮𝗺𝗮𝗶𝗻 (@HaramainInfo) April 10, 2022