MƏLƏKLƏRİN GƏTİRDİYİ BƏRƏKƏT NƏDİR?

0

Möminlərin mələklərdən gələn bolluq və bərəkətə nail olduqları əməl …

Hz. Əli (r.a) bir gün belə buyurdu:

“-Vallah Hz. Öməri Ramazan ayında Təravih namazını camaatla qılmağa mən təşviq etdim!”

HƏR MƏSCİDƏ VƏ HƏR KƏSƏ DUA

Yanındakılar

“- Bu necə oldu, ey möminlərin əmiri?”, dedilər.

Hz. Əli (r.a) belə cavab verdi:

-Ona səmanın yeddinci qatında bir həzirə olduğunu və ona Həzirətül-Qüds deyildiyini xəbər verdim. Orada, ona Ruh (başqa bir rəvayətdə Ruhaniyyun) deyilən mələklər vardır. Qədr gecəsi gəldikdə Rəbbimizdən dünyaya enmək üçün icazə istəyərlər. Allah təala da onlara icazə verər. Ziyarət etdikləri və içində namaz qılınan hər məscidə və yolda rast gəldikləri hər kəsə dua edərlər. Bu insanlar da mələklərdən gələn bərəkətə nail olarlar. Mən bunları dedikdə Hz. Ömər (r.a):

“Ey Əbu Həsən! O halda insanları namaza təşviq edək ki bərəkətə nail olsunlar!”, dedi və təravihin camaatla qılınmasını əmr etdi. (Beyhaki, Şuab, V, 278-279)

Rəsulallah əfəndimiz (s.ə.s)  Qədr gecəsini idrak edə bilmək üçün Ramazanın son on günündə inzivaya girərdi.

Qaynaq: Dr. Murat Kaya, Hz. Ali’den 111 Hayat Ölçüsü, Erkam Yayınları

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇANAQQALA ZƏFƏRİNDƏN 103 İL ÖTÜR

"Çanaqqala zəfəri"nin 103-cü ildönümüdür. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib.

Bağla