Başda İslam olmaqla bütün səmavi dinlər, müqəddəs kitablar və peyğəmbərlər mələklərin varlığını xəbər verir.
Mələklər Allahla insanlar arasında müxtəlif vəzifələri yerinə yetirmək üzrə nurdan yaradılan varlıqlardır. Gözlə görünə, duyğularla hiss edilə bilməzlər. Vəzifələri Allaha ibadət etməkdir. Gecə-gündüz Allahı zikr edir, təsbeh və təqdislə məşğul olur, huşu içində ibadətlə məşğul olurlar. Bu, onların qidasıdır. Allaha əsla üsyan etmir, onun əmrlərindən çıxmırlar. Onlar yerdə, göydə, hər tərəfdə ola bilir. Qısa zamanda ən uzaq məsafələrə gedə bilir. Hər şəkildǝ və hǝr surətdə görünə bilir. Mələklərin varlıqları Allahın qüdrətilǝ birbaşa əlaqəlidir.
Allah mələklərə nəfs, şəhvət və qəzəb kimi pisliyə tǝkanverici hisslǝr verməyib. Onların yemək, içmək, yatmaq, evlənib-artmaq kimi xüsusiyyətləri yoxdur. Allaha mütləq itaətin, yaxşılıq və gözəlliyin simvolu olduqları üçün mələklər heyran edǝn varlıqlardır.
Başda İslam olmaqla bütün səmavi dinlər, müqəddəs kitablar və peyğəmbərlər mələklərin varlığını xəbər verir.
Allaha və peyğəmbərinə iman edǝn bir müsəlman üçün mələklərə inanmamaq bǝhs mövzusu ola bilməz. Uca Allah bir çox ayədə iman əsaslarını sıralayarkən mələklərə imanı ona imandan sonra zikr edib. Bu ayələrdən biri belədir: “Peyğəmbər Rəbbindən ona nazil edilənə (mələklərə) iman etdi, möminlər də iman etdilər. Hər biri Allaha, onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman etdilər. Allaha iman Allaha, onun mələklərinə, kitablarına, ona qovuşmağa, peyğəmbərlərinə və öldükdən sonra dirilməyə inanmaqdır.”
İslam dinində mələklərə iman Allaha imandan sonra ikincidir.
Gözlə görülməyən mələklərin varlığına iman etmək möminlərin ən təməl xüsusiyyətlərindən olan qeybə çəkilmə imanının bir göstəricisidir.
Quran Allahın varlığının şahidləri olaraq tanıtdığı mələkləri inkar etmənin pozğunluğa düşmək olacağını ifadə edib. Çünki mələkləri rədd etmək mələk vasitəsilə gələn vəhyi, mələyin vəhy gətirdiyi peyğəmbəri və vəhyin sahibi olduğu Allahı da inkar etmək deməkdir.
Mələklərin sayını və vəzifələrini yalnız Allah bilir. Mələklər haqqında Quran və hədislərdən bu məlumatları öyrənirik: “Peyğəmbərlərə vəhyi çatdıran Cəbrayıl, ruzi və rəhmət mələyi Mikayıl, ölüm mələyi Əzrail və qiyamətin qopmasının xəbərçisi olaraq şeypura üfləyəcək İsrafil. Bu mələklər dörd böyük mələkdir.”
Bundan başqa, insanların yaxşı və pis əməllərini yazan, onları qorumaqla məşğul olan, adamları qəbirdə sorğu-suala tutan, cənnət və cəhənnəmin keşiyini çǝkǝn və eyni zamanda, əzab verən mələklər də var.
Yaradılışında çox hikmətlər olan mələklərin varlığına inanan müsəlman səhv hərəkətdən uzaq olur, harada olursa olsun, mələklərin onları izlədiyini, yaxşılıq və pisliklərini yazdığını bilir.
Söylədikləri və əmǝllǝrinin mələklər tərəfindən yazıldığını bilməsi insana sevinc və dinclik verir, məsuliyyət duyğusunu oyandırır, söz və davranışlarında daha diqqətli olur. Bu səbəbdən mələklərə iman nəticəsində insan pislik etməkdən uzaq durur.
Hədisi-şərifdə deyilir: “Həm şeytan, həm mələk insanın ürəyinə bəzi şeylər gətirir. Şeytanın işi pisliyə çağırmaq, haqqdan uzaqlaşdırmaq, mələyin işi isə haqqa və yaxşılığa çağırmaq, pislikdən uzaqlaşdırmaqdır. Kim qǝlbindǝ yaxşılığa çağıran bir səs duyarsa, bilsin ki, o, mələyin səsidir. O an onu eşitsin və Allaha şükr etsin. Kim ki içində pisliyə çağıran bir səs duyarsa, bilsin ki, o, şeytanın səsidir, ondan uzaqlaşıb Allaha sığınsın.”
Demək, mələklər, insanlara yaxşı və xeyirli şeyləri təlqin edərək onların doğru yola gəlmələrinə və ruhən təmizlənməsinə yardım edir.
Mələklər darda qalan möminlərə qüvvət verir, kömək və dua edirlər. Mələklərin varlığına inanan insan çətin və kədərli vaxtlarında bununla təsəlli tapar, mənəviyyatı güclǝnir. Bu, dara düşǝn, çətinlikdǝ qalan müsəlmanın ümidini qorumasını təmin edər, onu güclü edir, nurdan yaradılmış günahsız qulların Uca Rəbbə onun üçün dua etdiyini düşünərək qəlbi fərahlanır. Tək qaldığı zaman yaxşılıq timsalı, qoruyucu mələklərin varlığı insanın dünyasını işıqlandırır. Bir haqsızlığa məruz qalanda və kimsənin ona inanmadığı zamanlarda ümidsizliyə qapılmır və mələklərin şahid olduğunu bilir. Etdiyi yaxşılıqlarda mələklərin dəstəyini hiss edərək qəlbi hüzurla dolur. Ölüncə ruhunun yox olmayacağını mələklərə iman sayəsində anlayır və ölüm onu qorxutmur. Qəbir həyatının təklik və dəhşətindən mələklərin yoldaşlığı sayəsində xilas olacağını düşünərək dinclik tapır.
TRT.NET.TR