Dekabrın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2018-ci ilin yekunlarına həsr edilmiş iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Mənəvi Dəyərlərin Təbliği Fondundan məlumat verilib.
İclasda Fondun 2018-ci ildəki fəaliyyəti ilə bağlı icraçı direktor Mehman İsmayılovun məruzəsi dinlənilib. Daha sonra Himayəçilər Şurasının üzvləri cari ildə görülmüş işlərlə əlaqədar geniş müzakirə apararaq Fondun rəhbərliyinə müvafiq təklif və tövsiyələrini çatdırıblar.
Yekunda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2018-ci ildəki fəaliyyəti müsbət qiymətləndirilib və qənaətbəxş hesab edilib.