Gözlərini yumub, könlü oxşayıb, ağlı bir kənara atıb, sevda ilə bəzənib, nəfsi sərib, təvazökralığı baş tacı edib, helmini geyib, mənəvi diyarın özünə məxsus ab-havasını tənəffüs etmək üçün yol qət etmək vaxtı idi.
Gedib yaşıl diyara, yaşıl qübbənin yaşıl baxçasında ürəyi yumuşalana qədər ağlamaq və sonradan o meyvələri yığmaq vaxt idi. Elə ki, zərrələrinə qədər çəktiyi, baxıb vermək istəmədiyi, cəmalına tamaşa etmək, cəlalı ilə tüklərin ürpəşdiyi o vaz keçilməz miski-ənbəri qəlbələrdə hiss etməkdi.
Hira dağına enən nurun təcəllisinin qəlbində tapdığı yerlə Kəbeyi-müəzzəmədə qıldığı iki rükət sevinclə doldururkən ruhunun hiss etdiyi duyğular elə bil yerin qatlarına batarkən qazandıqları duaları ilə ərşə yüksəlirdilər…
Təsbihi əlinə alınca, dünyanın yandığını gördükcə, əslində o həngamənin Allaha vasil olma yolunda bir nərdivan olduğunu başa düşər, başa düşdükcə qəlbi mərifətullaha tərəf sürətlə gedirdi.
Bu diyarda hər bir şey yaşılların; könlü evin ağ göyərçinlərin tükü qədər yumuşalmış eşqi Uhud dağı qədər böyümüşdü. Bir insan cildində tanıdılan sevdanın əslində mövlanın yolunda Leyla olduğunun şüuruna vardığı ülvi məkanı tablo kimi çəkmişdi. Hani hər an ilahi qüdrətin qələmi ilə dəyişdirdiyi o tablonu…
Ən çox yuxunun 6 sn. çəktiyi bu fani dünyada bu yuxunun heç bitməməsi üçün dua edərkən təhəccüdə oyanmış səhər dünyanın daha fərqli, könlünün daha dolu, ağlının isə daha məşğul olduğunu iliylərinə qədər hiss etmişdi.
MƏRYƏM DƏMİR