Mərakeş hökuməti İsveçin paytaxtında baş vermiş Quranın yandırılmasına etiraz olaraq öz səfirini Stokholmdan geri çağırmaq qərarına gəlib.
Bu barədə TASS xəbər verir.
Mərakeşin Xarici İşlər Nazirliyi bu addımı cümə axşamı elan edərək, bunun kralın göstərişi ilə olduğunu vurğulayıb. Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda həmçinin qeyd edilib ki, belə bir hərəkət, xüsusilə Həcc mövsümü və Qurban bayramı ilə üst-üstə düşən müqəddəs dövrdə bir milyard müsəlmanın hisslərinə məhəl qoymadığı üçün məsuliyyətsizlik və düşmənçilikdir.
Xatırladaq ki, aksiya çərşənbə günü Stokholmun mərkəzindəki Medboryarplatsen meydanında baş tutub. Yerli polis aksiyaya icazə verib, 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir Qurandan səhifələri qoparıb yandırıb. Qeyd edək ki, həmin gün dünya müsəlmanları İslamda əsas dini bayramlardan birini qeyd ediblər.
Hadisə müsəlman dünyasının, o cümlədən Mərakeşin ciddi qəzəbinə və hiddətinə səbəb olub. Nazirlik bildirib ki, səfirin geri çağırılması Mərakeşdən müsəlmanların dini hisslərini təhqir edən və alçaldacaq bu cür hərəkətləri pisləmələrinə açıq siqnaldır.
Report