MƏRHƏLƏLİ ÜMRƏ ZİYARƏTİNİN DETALLARI AÇIQLANDI

0

Səudiyyə Ərəbistanı Krallığı Daxili İşlər Nazirliyi bir müddət əvvəl Ümrə ziyarətlərinin mərhələli olaraq bərpa ediləcəyini açıqlamışdı.

İslamveirfan.com xəbər verir ki, artıq mərhələli Ümrə ziyarətləri barədə detallar da açıqlanıb.

Bu mərhələyə görə ilkin olaraq oktyabrın 4-dən sadəcə S. Ərəbistanının vətəndaşları pandemiya qaydalarına riayət etmək şərti ilə Ümrə ziyarətinə gedə biləcəklər. Bu zaman gündəlik 6 min zəvvar Məscidi-Haramı ziyarət edə biləcək.  

Planın ikinci mərhələsinin oktyabrın 18-də həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə yenə S. Ərəbistanı vətəndaşları olmaqla ziyarətçilərin həcmi 75%-ə çatdırılacaq. Həmçinin eyni zamanda Məscidi-Nəbəvi və Ravza-Şərifin də 75%-i zəvvarları ziyarətinə açılacaq.

Rəsmi Riyadın qəbul etdiyi qərarın 3-cü mərhələsi isə noyabrın 1-dən qüvvəyə minəcək. Bu vaxt yerlilərlə yanaşı, əcnəbi zəvvarlar da qəbul ediləcək. Üçüncü mərhələdə ziyarətçi tutumunun gündəlik 60 minə qədər artırılması nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Xoşbəxt Olmaq Üçün Bunları Edin!

Yorğunluq hissi bir müddət sonra davamlı olmağa başlayır və yerini depresiyaya verir. Xüsusilə böyük şəhərlərdə yaşayan insanlar standart çərçivələr içərisində...

Bağla