MƏŞƏDİ DADAŞ MƏSCİDİNƏ YENİ İMAM TƏYİN EDİLİB

0

Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

Onun sözlərinə görə, imam Elmir Vəliyev də fəaliyyətini davam etdirəcək.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: “Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.

Qeyd edək ki, Məşədi Dadaş məscidin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Prezidenti: “Hürkuş” təyyarəsi dost və qardaş ölkələrə də ixrac ediləcək”

“İŞİD-dən PKK-ya qədər terror təşkilatlarının heç birinin nəfəs almasına imkan vermirik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli döyüş təyyarəsinin...

Bağla