MƏSCİDDƏ DUYĞULANDIRAN QEYD: HAQQINIZI HALAL EDİN…

0

Türkiyənin Nevşehir şəhərindəki məscidlərdən birində qəribə hadisə baş verib. Yeni məhəllədəki “Fatma Hatun” məscidinin imam-xətibi zöhr namazı üçün məscidə grdəndə, elektrik razetkasının yanındakı kitab şkafında 20 lirə (təqribən 5 azn) pul və qeyd kağızı tapıb.

Kağızda bu sözlər yazılıb: “Hocam, 5 ilə 15 dəqiqə elektrikdən istifadə etdim. Haqqınızı halal edin. Tələbəyəm, üstümdə çox pul yox idi.”

Məscidin imam-xətibi Harun Yalçın bu qeydi social şəbəkədə paylaşıb və tələbənin bu hərəkəti təqdirlə qarşılanıb. Onun, mobil telefonunu qidalandırmaq üçün elektrikdən istifadə etdiyi güman olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏDİS KİTABI “ZÜBDƏTUL-BUXARİ” RUS DİLİNƏ TƏRCÜMƏ OLUNDU

Səhihi-Buxaridən seçilmiş 1500-dən çox Hədisi-Şərifi ehtiva edən “Zübdətul-Buxari” əsəri ilk dəfə rus dilinə tərcümə olunub. Dağıstan əslli İslam alimi Ömər...

Bağla