Türkiyənin Çorum vilayətindəki məscidlərdən birində qəribə hadisə baş verib.
Yerli mətbuatın xəbərinə görə məscidə namaz qılmağa gələn gənc, hava soyuq olduğu üçün burada elektrik sobasını işə salıb.
Gənc namaz qıldıqdan sonra soba üçün sərf edilən elektrikin pulunu ödəmək məqsədilə məscidin elan vitrininə 10 TL pul qoyub.
Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan bu hərəkət az vaxt ərzində sosial şəbəkələrdə paylaşılıb və hər kəs tərəfindən rəğbətlə qarşılanıb.