Bu il müqəddəs ramazan ayında Məscidi Əqasa ibadətə açıq olacaq.
Bu barədə İordaniya Vəqflər, Dini İşlər və Müqəddəs Dəyərlər Nazirliyinə bağlı Qüds İslami Vəqflər idarəsinin sədri Şeyx Əzzam əl-Xətib açıqlama yayıb.
Xətib açıqlamada ramazan ayı müddətində Məscidi Əqsanın açıq olacağını, virus yayılmasına qarşı idarənin hər cür tədbiri gördüyünü deyib.
Qeyd edək ki, Qüds İslami Vəqflər idarəsi kovid-19 pandemiyası səbəbilə ötən il ramazan ayında Hərəmi-Şərifi ibadətə bağlamışdı.
Hər il ramazan ayı müddətində gündə 10 min müsəlman Hərəmi-Şərifdə ibadət edir. Cümə günləri isə bu say 150 minə çatır.
Vaksinasiya prosesinin başlaması ilə yoluxma sayında azalma müşahidə edilsə də Şərqi Qüdsdə və İsrailin ərəblər yaşayan şəhər və qəsəbələrində virus yayılmağa davam edir.
İsrail rəsmiləri isə İordan çayının qərb sahilindən və Qəzza zolağından fələstinlilərin Məscidi Əqsaya getməsinə mane olur.
“Anadolu” agentliyi