MƏSCİDİ-ƏQSA İMAMININ ÖLKƏ XARİCİNƏ ÇIXMASI YASAQLANDI

0

İsrail daxili işlər naziri Aryeh Derinin təlimatı ilə Qüds və Fələstinin sabiq müftisi, Məscidi-Əqsanın imamlarından olan Şeyx İqrimə Sabrinin 4 ay müddətə ölkə xaricinə çıxması yasaqlandı.

Qüds Ali İslam Heyətinin verdiyi məlumata görə, qəbul edilmiş yasaq qərarı barədə sənəd Şeyx Sabrinin vəkili Həmzə Kutaynaya verilib.

Hadisə barədə vide-çarxla açıqlama verən Şeyx İqrimə Sabri, onsuzda Fələstindən çıxmaq fikrinin olmadığını vurğulayıb:

“Fələstindən çıxmağına qoyulan yasaq özbaşına bir qərardır. Onsuzda bizim Fələstindən çıxmaq fikrimiz yoxdur və işğal dövlətinə deyirik ki, bu cür qərarlar bizi yolumuzdan döndərə bilməz. bizim mövqeyimiz imani bir mövqedir və əsla dəyişilməyəcəkdir. Çünki biz bu torpaqların leqal sahibləriyik.” – deyə Şeyx Sabri bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALBANİYADA MƏSCİDƏ HÜCUM NƏTİCƏSİNDƏ 5 NƏFƏR YARALANDI – VİDEO

Albaniyanın paytaxtı Tirana şəhərində “Dine Hoca” məscidində bir nəfərin bıçaqlı hücumu nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə...

Bağla