Məscidi-Haramın yerləşdiyi Səudiyyə Ərəbistanında Həcc ibadəti üçün hazırlıqlar davam edərkən Səud hökuməti bu istiqamətdə yeni addım atıb.
Harameyn işləri üzrə dövlət komitəsinin açıqlamasına görə Ərəfə günü oxunacaq xütbə 10 dilə tərcümə olunaraq zəvvarlarla yanaşı on-line izləyicilərə çatdırılacaq.
Fərqli dillərdə tərcümə edilən xütbəni “Al-Haramain” elektronik platformu, radio, smart telefon və social şəbəkə saytları vasitəsilə izləmək mümkün olacaq.
Komitə, bu qərarın dünyada yaşayan müsəlmanların bu böyük günün xütbəsindən istifadə etməyinə imkan yaradacağını bildirib.
Dillər və Tərcümə idarəsinin direktoru mühəndis Məşəri əl-Məsudi, “Hidayətin dünyaya yayılması” başlığı ilə atılan bu addımda dil sayının 25 və daha çox olacağını bildirib. Məsudi bu layihənin zəvvarların ibadətlərini rahat və təhlükəsizlik içində icra etmələrinə, müsəlmanların qibləsinin səsinin bütün dünyada əks olunmasına xidmət etdiyini vurğulayıb.