Səudiyyə Ərəbistanı krallığı koronovirus məhdudiyyətlərini yumaşaldacaq, Məscidi-Haram və Məscidi-Nəbəvi tam həcmdə ibadət edən möminlərin istifadəsinə veriləcək.
Bu barədə krallığın rəsmi SPA agentliyi məlumat yayıb. Məlumata görə, Daxili İşlər Nazirliyinin rəsmisi, 17 oktyabr bazar günündən etibarən iki doza peyvənd vurduranlar üçün bəzi yasaqların yumuşaldılacağını deyib.
Ölkə rəhbərliyi açıq havada maska və məsafə qadağasının ləğv olunması, iclas, ictimai yerlərin, ictimai nəqliyyatın, restoranların, kino-teatr və digər yerlərin tam həcmdə xidmət verməsi istiqamətində qərar qəbul edib.
Nazirlik rəsmisi həmçinin bildirib ki, say məhdudiyyəti olmadan şadlıq evləri və oxşar yerlərdə tədbirlər keçirilməsinə icazə verilib və bunun üçün iki doza peyvənd şərti qoyulub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında indiyə qədər 547 min 845 nəfər koronovirusa yoluxub, 8 min 758 nəfər bu səbəbdən dünyasını dəyişib.