MƏSCİDİ-NƏBƏVİ

0

Həzrət Peyğəmbər (s.ə.v.) 24 sentyabr 622-ci ildə Mədinə şəhərinə daxil olmuşdur. Şəhərə qədəm basdığı ilk andan etibarən mühacir və ənsardan onu sevən hər kəs evinə dəvət etməyə başladı. Həzrət Peyğəmbər (s.ə.v.) müsəlmanları incitməmək üçün dəvəsi Qəsvanın sərbəst buraxılmasını və oturacağı yerin yaxınlığında yerləşən evdə qonaq qalacağını bildirdi. Qəsva, Malik ibn Nəccar ailəsinə mənsub xurma qurudulan boş bir əraziyə çökdü və Həzrət Peyğəmbər (s.ə.v.) bu əraziyə ən yaxın evin Əbu Əyyub əl-Ənsariyə məxsus olduğunu dilə gətirib onlarda qalacağını hamıya elan etdi. Nəql edildiyinə görə Həzrət Peyğəmbər (s.ə.v.), Əsəd ibn Zürarə, Muaz ibn Əfra və ya Əbu Əyyub əl-Ənsarinin himayəsində olan Səhl və Süheyl adlı iki yetimdən 10 dinar qarşılığında bu ərazini aldı. Çox keçmədən məscidin inşası başladı. Həzrət Peyğəmbər (s.ə.v.) məscidin inşasında şəxsən çalışmışdır. Məscidin inşası 622-ci ilin sentyabr ayında başlamış və 623-cü ilin aprel ayında tamamlanmışdır (Bozkurt, Küçükkaşcı, 2004, 26/281-290).

            Məscidi-Nəbəvi, Həzrət Peyğəmbərin (s.ə.v.) şəxsən inşa etdirdiyi iki məsciddən biridir. Məscidi-Nəbəvi eyni zamanda Mədinədəki bütün hadisələrin mərkəzində yer almışdır. Buna görə bir çox məscidə örnək təşkil etmişdir. Məscidi-Nəbəvinin adı Qurani-Kərimdə birbaşa keçmir. Alimlərə görə Tövbə surəsi 9/108-ci ayədə yer alan “ilk gündən təqva üzərinə qurulan məscid” ifadəsi Məscidi-Nəbəvi və ya Quba məscidinə işarə edir (Təbəri, Camiul-Bəyan, 11/26-28). İslam alimlərinin çoxuna görə Məscidi-Nəbəvi fəzilət baxımından Məscidi-Haramdan sonra gəlir. Eyni zamanda Məkkədəki Məscidi-Haram kimi, Mədinədəki Məscidi-Nəbəvi və Qüdsdəki Məscidi-Əqsa üçün Hərəmi-Şərif ifadəsi istifadə edilir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT TŞ ərəb ölkələrinin Qəzza ilə bağlı qətnaməsinin səsverməsini təxirə salıb

BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı, dekabrın 19-da ərəb ölkələrinin Fələstin-İsrail münaqişəsinə dair yeni qətnamə layihəsinə səs vermək niyyətindədir. Bu barədə...

Bağla