2.5 aylıq fasilədən sonra Mədinə .əhərindəki Məscidi-Nəbəvidə ilk cümə namazı qılındı. Bu barədə Məscidi-Nəbəvinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayılıb.
Məlumatda bildirilir ki, kovid-19 pandemiyası səbəbindən martın 20-dən bağlı olan Məscidi-Nəbəvidə ötən gün ilk cümə namazı qılınıb.
Sosial məsafəyə riayət edildiyi və maska istifadəsinin məcburi olduğu kütləvi ibadətdə təxminən 100 min mömin cümə namazı qılıb.
Müqəddəs məbədin qapısına, insanların bədən tempraturuna nəzarət edən xüsusi sistem yerləşdirilib, Hz. Muhammədin (SAV) qəbri-şərifinin yerləşdiyi Ravzai-Mutahhəra hissəsi hələlik bağlı saxlanılıb. Tədbirlər çərçivəsində həmçinin Məscidi-Nəbəvinin xalçaları ilə içəridə olan Zəmzəm bidonları yığışdırılıb.
Xatırladaq ki, Məscidi-Nəbəvi may ayının 31-də qoruyucu tədbirlərə riayət edilməsi şərti ilə ibadətə açılıb.