Faysal Lətif adlı müsəlman, Peyğəmbərimizin (ﷺ) qəbrinin olduğu Məscidi-Nəbəvidə namaz qılaraq dua etdiyini və bu duanın həmin anda qəbul edildiyini – dediyi bir video hazırlayıb. Lətifin hazırladığı video sosial şəbəkə platformlarında sürətlə yayılıb.
“Yaşadığım hadisənin yadımdan çıxmaması üçün bu videonu hazırlayıram. Peyğəmbərimiz (ﷺ) buradadır. 2 rəkat namaz qıldım və səcdədə, “Ya Rəbbi axşam namazına qədər burada qalmağıma izn ver” – deyə dua etdim. Namazdan sonra getməyə hazırlaşırdım. Daha əvvəl mənə, “Buranı tərk et” – deyən məscid əməkdaşı digər əməkdaşa belə dedi: “Ona de ki, gözləsin və axşam namazını burada qılsın”. Mən elə indi axşam namazını burada qılmağım üçün Allahdan izn verməsini istəmişdim. Allahu Əkbər! Etdiyiniz dualarda bir an da şübhəyə düşməyin.” – deyə Faysal Lətif hazırladığı videoda qeyd edib.
#FaisalLatif #MasjidiNebevi #Dua #AllahuAkbar pic.twitter.com/c7s7z9ZEgY
— Şir Ali 🇦🇿🇹🇷 (@qember) July 19, 2022