MƏSCİDİ-NƏBƏVİDƏ TƏƏCCÜBLÜ HADİSƏ

0

Əbu Hureyrə (ra) şahid olduğu bir hadisəni belə rəvayət edir:

Bir gün bir bədəvi məscidin içində bir kənara çəkilib bəvl etməyə (kiçik dəstəmazını pozmağa) başladı. Orada olanlar bədəviyə mane olmaq istədilər. peyğəmbərimiz (ﷺ) onlara işarə edərək:

“Qoyun işini görsün, sonra o yerə bir vedrə su tökün! Çünki siz çətinlik yaratmaq üçün yox, asanlaşdırmaq üçün göndərilmisiniz.” – buyurdu. (Buxari, Vudu, 58)

Başqa bir rəvayətdə islanan torpağın qazılıb çıxarılaraq yerinə bir vedrə su tökülməsi buyurulmuşdur. (Əbu Davud, Təharət 136/381)

Başqa bir rəvayətdə görə, Peyğəmbərimiz (ﷺ) bədəvini hüzuruna çağırıb:

“Bu məscidlər nə bəvl etmək, nə də başqa pis işlər üçündür. Bu cür işlərin məscidlərdə olması uyğun deyildir. Buralar Allah-Təalanın zikri ilə namaz qılmaq və Quran oxumaq üçündür.” – buyurmuşdur. (Müslim, Təharət, 100)

Mənbə: https://www.islamveihsan.com/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA “FATİH” MƏSCİDİ NÖVBƏTİ HÜCUMA MƏRUZ QALIB

Almaniyanın Baden-Vürttember əyalətinin Sonheym bölgəsində Türkiyə Diyanət işlərinə bağlı “Fatih” məscidi naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Hücum...

Bağla