Səudiyyə Ərəbistanı Məscidi-Nəbəvidə İmam və Müəzzin işləri üzrə müdir və müavini tutduqları vəzifələrindən azad ediliblər.
Bu barədə Məscidi-Haram ilə Məscidi-Nəbəvi komitəsinin sədri və Kəbənin imamı Abdurrahman əs-Sudeys qərar imzalayıb.
Həmin şəxslərin işlərində yol verdikləri nöqsan və səhlənkarlığa görə işdən çıxarıldıqları bildirilir.
Abdurrahman əs-Sudeys, heç bir nöqsana qarşı tolerantlı olmayacaqlarını, səhlankarlıq edənlərin cəzalandırılmağı üçün lazımi bütün addımların atılacağını deyib.
Qeyd edək ki, xəbərdə işdən çıxarılan şəxslərin kimlikləri və işlədikləri nöqsan açıqlanmayıb.