MƏSCİDLƏRƏ 200-Ə YAXIN YENİ İMAM TƏYİN EDİLİB

0

Məscidlərə 200-ə yaxın yeni imam təyin edilib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında məlumat verib.

O xatırladıb ki, din xadimlərinin təyinatını Dini Komitə həyata keçirir: “Həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsinə ötürülür. Məscidlərə ali və orta dini təhsili olan şəxslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığı səbəbindən məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərim əvəzolunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır və məscidlərə dini ayinləri yerinə yetirmək üçün qadınlar da təyin edilir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov: “Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfəri çərçivəsində İsrail-Fələstin münaqişə zonasında baş verən...

Bağla