MƏŞHUR FOTOQRAF İSLAM ŞƏHƏRLƏRİNİN ARXİVİNİ HAZIRLAYIR

0

Türkiyəli tanınmış fotoqraf Orxan Durgut “İslam şəhərləri” adlı layihə ilə müsəlman ölkələrindəki bəzi şəhərlərə aid foto-arxiv hazırlayır. Durgut bu layihəsi ilə İslam dünyasında yaşayan cəmiyətlər arasındakı ortaq dəyərləri qabartmaq istədiyini deyib. İslam coğrafiyasında çəkiliş aparmağın vacib olduğunu deyən Durgut, bu layihəyə 2010-cu ildə başladığını qeyd edib. Fotoqraf layihə çərçivəsində 60 şəhərin şəklini çəkəcəyini deyib.

“Burada əsas məqsəd bunu gələcək nəsillərə ötürməkdir. Çəkdiyimiz şəkillər indi olmasa da, daha sonra istifadə ediləcək. Misal üçün Abdulhəmid xan 1880-ci ildə, 1890-cı ldə Osmanlı coğrafiyasında şəkillər çəkdirib. Bu gün həmin fotolar Yıldız sarayında nümayiş etdirilir.”

Durgut bu çərçivədə, peyğəmbərlərin və səhabələrin təbliğ üçün getdiyi yerlər, övliyaların, İslam alimlərinin yetişdiyi bölgələr və İslam tarixində önəmli hadisələrə səhnə olmuş şəhərləri çəkəcəyini deyib.Fotoqraf həmçinin indiyə qədər Trablus, Bağdad, Kərbəla, Kufə, Mərakeş və Rabatın da olduğu 43 şəhəri çəkdiyini bildirib.

2009-cu ildə Şam və Hələbi də çəkdiyini vurğulayan Durgut, “Yaxşı ki, çəkmişik. İndi Hələb yoxdur. Bu layihədə çəkəcəyimiz 60 şəhərin fotoşəkilləri də gələcək nəsillərə və İslam ümmətinə qalacaq.” deyib.

Xəbər: ŞİRLİ MƏMMƏDOVA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANDAKI ULDUZLARDAN DANIŞAN XRİSTİAN MÜƏLLİM İŞDƏN QOVULUB

Teksasın Fort-Uort bölgəsindəki kolleclərdən birində astronomiya müəllimi olan Deniel Meşburn məktəbdən qovulmaq təhlükəsi ilə üzləşib. Buna, Meşburnun ötən həftə dərslərindən...

Bağla