Maduro Quranın yandırılmasına göz yuman Avropa liderlərini tənqid edib

0

Venesuela Prezidenti Nikolas Maduro “Al-Mayadin” telekanalının efirində İsveç və Danimarkada Quranın yandırılmasına reaksiya verməyən Avropa dövlətlərinin liderlərini tənqid edib.

Maduro bildirib ki, müqəddəs kitabların yandırılmasına göz yumanlar bu prosesdə dolayısı ilə iştirak edirlər.

Maduro mövcud problemi işıqlandırmayan KİV-ləri də qınayıb. O, müsəlmanlara qarşı nifrət cinayətlərini və Avropada Quran nüsxələrini məhv edən dairələrin fəaliyyətini qəti şəkildə pislədiyini etiraf edib.

“Kimsə müqəddəs kitabımızı yandırmağa başlasa, biz xristianlar özümüzü necə hiss edərdik? Əlbəttə ki, böyük inciklik olardı”, – Venesuela Prezidenti vurğulayıb.

 

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NASA 137 METRLİK ASTEROİDİN YERƏ YAXINLAŞDIĞINI AÇIQLAYIB

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 137 metrlik asteroidin Yerə yaxınlaşdığını açıqlayıb. 76 752 km/saat sürətə malik asteroid...

Bağla