MAKRON FRANSANIN RUANDADA TÖRƏTDİYİ SOYQIRIMINA GÖRƏ ÜZR İSTƏDİ

0

Fransa prezidenti Emmanuel Makron ilk dəfə olaraq Ruandadakı soyqırıma görə Fransanın məsuliyyət daşıdığını etiraf edib. “RİA Novosti” xəbər verir ki, E.Makron Ruanda xalqından buna görə üzr istəyib.

“Fransa öz rolunu oynayıb və Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıyır… Fransa regional qarşıdurmanın və ya vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən, əslində soyqırımı rejiminin tərəfində durduğunu başa düşmürdü”, – Fransa prezidenti deyib.

Qeyd edək ki, Ruandada 1994-cü ilin aprelindən iyununadək hutu etnosundan olan ekstremistlər tutsi etnosunun üzvlərinə qarşı soyqırımı törədiblər. Qırğın nəticəsində böyük əksəriyyəti tutsilər olmaqla təxminən 800 min adam öldürülüb.

Fransa aprelin 7-də Ruanda soyqırımı ilə əlaqəli arxivləri açıb. Martın 26-da soyqırımını araşdıran tədqiqat qrupu öz hesabatını Makrona təqdim edib. Bu mövzunu iki il araşdırmış komissiya Fransanın Ruandadakı soyqırımının hazırlanmasına göz yumduğu nəticəsinə gəlib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏNİN MİLLİ TƏHSİL NAZİRİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib. Bu barədə məlumatı Azərbaycan...

Bağla