MASALLIDA “GƏNCLƏRİN RADİKAL DİNİ CƏRƏYANLARDAN QORUNMASI” MÖVZUSUNDA SEMİNAR-TRENİNQ KEÇİRİLİB

0

Fevralın 11-də  Cavanşir Qasımov adına Masallı rayon Bambaşı kənd tam orta mətəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal dini cərəyanlardan qorunması” mövzusunda seminar-treninq keçirilib.

Seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, rəis müavini, polis polkovnik-leytenantı Yelmar Paşayev, Cavanşir Qasımov adına Masallı rayon Bambaşı kənd tam orta məktəbin direktoru Azad Vəliyev, müəllimlər və şagirdlər  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azad Vəliyev keçirilən tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, dini radikalizm və digər zərərli vərdişlərlə mübarizə ümümxalq işidir.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında  radikalizmin yaratdığı fəsadlardan danışıb və bundan da ən çox İslam dünyasının zərər gördüyünü vurğulayıb. Hazırda dini radikalizmə ən çox məruz qalan zümrənin müasir gənclər olduğunu bildirib. Qeyd edib ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün gənclərə dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır.

Daha sonra çıxış edən Masallı Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları haqqında danışıb. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndiriliməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CIA, MOSSAD VƏ MI6 İRANLI NÜVƏ ALİMİNİ OĞURLADI

Amerika, İsrail və Britaniyanın xüsusi xidmət orqanları (CIA, Mossad və MI6) Yeni il ərəfəsində İrandan 47 yaşlı nüvə alimi oğurlayıb...

Bağla