MASALLIDA “ŞƏHİDLƏR UNUDULMUR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

0

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib.

Tarix-diyarşünaslıq muzeyində keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, muzeyin direktoru Əntiqə Tağıyeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin müdiri Nahid Rəhimov, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Şəhid Ailələri Qadın Cəmiyyətinin Masallı rayon şöbəsinin müdiri Ziba Əsgərli, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva mövzunun əhəmiyyətindən danışıb. O, ölkəmizdə hər zaman şəhidlərin böyük etiram hissi ilə anıldığını qeyd edib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov vurğulayıb ki, şəhidlik ən uca zirvədir və dinimizdə də şəhidliyə böyük önəm verilir. Natiq dövlətimizin şəhid ailələrinə diqqət və qayğıdan danışaraq deyib ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin 2018-ci il 19 aprel fərmanında dəyişiklik edilməsi barədə Fərmanı cəmiyyətimiz tərəfindən müsbət qiymətləndirilir.

Tədbirdə çıxış edən digər natiqlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AB MÜSƏLMAN ÖLKƏSİNƏ GİZLİ ŞƏKİLDƏ SİLAH GÖNDƏRİR

Türkmənistan AB ölkələrindən çoxlu sayda silah alır.

Bağla