Allah-Taala buyurur:
“Sonra (Allah) Öz quluna nazil edəcəyini vəhy etdi.” (Nəcm-10)
Bu vəhyin mahiyyətinin necə olduğu belə açıqlanmışdır:
1. Namaz: Meracdakı ən əhəmiyyətli xüsuslardan biri, beş vaxt namazın fərz buyurulmasıdır. Hz. Peyğəmbər (SAV) Musa (AS) peyğəmbərin tövsiyyəsi ilə Allah-Taalaya müraciət etmiş və əvvəl 50 vaxt buyurulan namaz 5 vaxta endirilmişdir. Bununla belə Allah-Taala birə on verərək 50 vaxtın savabını lütf edəcəyini bildirmişdir.
2. Rasulullaha (sallallahu əleyhi və səlləm) müraciət edilərək, “Peyğəmbərlərdən heç biri səndən əvvəl, ümmətlərdən də heç biri sənin ümmətindən əvvəl cənnətə girməyəcəkdir!” – buyurulmuşdur. (Râzî, XXVIII, 248)
3. Bəqərə surəsinin son 2 ayeyi-kəriməsi vəh edilmişdir.
Müslimdə rəvayət edilən bir hədisi-şərifdə belə buyurulur: “Merac gecəsi Rasulullaha (SAV) üç şey verildi: Beş vaxt namaz, Bəqərə surəsinin axırı (Əmənərrasulu) və ümmətindən Allaha şərik qoşmayanların böyük günahlarının bağışlanacağı xəbəri…” (Müslim, İman, 279) bununla birlikdə Meracdakı vəhyin təfsilatını və keyfiyyətini sadəcə Allah-Taala və Rasulullah (SAV) bilir.
Mənbə: Osman Nuri TOPBAŞ Hz. Muhamməd Mustafa (SAV) Məkkə dövrü