MESUT ÖZİL ORUC TUTANLARA MADDİ YARDIM ETDİ

0

İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 000 funt sterlinq məbləğində yardım edib.

Məlumata görə, vəsait koronavirus pandemiyası şəraitində oruc tutan şəxslərə dəstək üçün xərclənəcək.

Türk əsilli yarımmüdafiəçi Türkiyə ilə Suriyada 16 000 insanı müqəddəs Ramazan ayı ərzində ərzaq və dərmanla təmin edəcək.

Qeyd edək ki, Mesut Özil “Arsenal”ın ən yüksək ödənişli futbolçularındandır. Daha əvvəl Britaniya mətbuatı Özilin pandemiya müddətində əmək haqqının azaldılmasına etiraz edən 3 futbolçudan biri olduğunu yazıb. Bununla belə, 32 yaşlı yarımmüdafiəçi daim xeyriyyəçiliklə məşğul olur.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏSGÜCLƏNDİRİCİ İLƏ OXUNAN AZAN İSLAM DÜŞMƏNİNİ NARAHAT ETDİ

Kovid-19 pandemiyasının yayılmasından sonra Avropanın bəzi ölkələri kimi Hollandiyada da səsgücləndirici ilə azan oxunması “Azadlıq” partiyasının lideri Qirt Vildersi narahat...

Bağla