Millət vəkili parlamentə “I Love Muhamməd” yazılmış maskayla getdi

0

Kosovonun nüxalifətdə olan “Özün Qərar Qəbul Et” hərəkatının millət vəkili Eman Rrahmani parlamentə “I Love Muhamməd” yazılmış tibbi maska ilə gedib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Rrahmani özü Türkiyənin “Anadolu” agentliyinə açıqlama verib.

Millət vəkili, Fransa səfirinin Hz. Muhammədi (SAV) təhqir edən karikaturanı paylaşması səbəbindən əks-reaksiya kimi və peyğəmbərin doğulduğu rəbiul-əvvəl ayında olduğu üçün belə bir addım atdığını deyib.

“Sakit və təmkinli reaksiya verin. Təhqir və məsxərə etməyin. Hz. Muhamməd (SAV) bəşəriyyətə rəhmət olaraq göndərilib.” – deyə Rrahmani bildirib.

Qeyd edək ki, Fransanın Kosovodakı səfiri Qaşi, oktyabrın 19-da “Le Figaro” qəzetinin nəşr etdiyi “Charlie Hebdo” dərgisinə aid İslam peyğəmbərini təhqir edən karikaturanı sosial şəbəkədəki səhifəsində paylaşmışdı.

Kosovonun bəzi millət vəkilləri, bu ölkədəki İslam şurası və vətəndaşlar səfirin bu hərəkətini etirazla qarşılamışdılar.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev: “Biz hər bir halda bu torpaqları qaytaracağıq”

"Bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan...

Bağla