“MİNYƏLİ ABDULLAH” ƏSƏRİNİN YAZARI VƏFAT ETDİ

0

Türkiyənin məşhur yazıçısı, yazdığı əsərlərdə Həkimoğlu İsmail təxəllüsündən istifadə edən Ömer Okçu vəfat edib.

Həkimoğlu İsmail 1932-ci ildə Türkiyənin Erzincan vilayətində dünyaya gəlib. İbtidai və orta təhsilini Erzincanda aldıqdan sonra 1950-ci ildə İstanbulda hərbi məktəbə daxil olub.

1952-ci ildə məktəbi bitirdikdən sonra 1-ci zirehli birliklər briqadasında tank zabiti kimi işə başlayıb. Bundan sonra bir müddət Ərzurum və Kandillidə zabit kimi fəaliyyət göstərən Ömer Okçu 1960-cı ildə Amerikaya göndərildi. Burada keçirilən müvafiq təlimlərdə iştirak edən Okçu, hərbi raketlər üzrə mütəxəssis oldu.

Hərbçi həyatı boyu 10 dəfədən çox Amerikada keçirilən təkmilləşdirmə kurslarında iştirak edib.

1957-ci ildə ilk dəfə Qurani-Kərimlə qarşılaşan Okçu, öz təşəbbüsü ilə ərəbcə, ingiliscə və osmanlıca öyrənib. Bundan sonra İslam dini ilə maraqlanmağa başlayıb və Emirdağda Bədiuzzaman Səid Nursinin tələbələri ilə tanış olub.

50-yə yaxın əsərin müəllifi olan yazarın əsasən “Minyəli Abdullah” və “Maznun” romanları məşhurdur.

Başda Türkiyənin hökumət adamları olmaqla bir çox siyasətçi və ədəbiyyatçı sosial şəbəkədə yazar barədə nekroloq və başsağlığı yazıb.

Allah rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBUL KÖRPÜSÜ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

Türkiyənin İstanbul şəhərində qitələri birləşdirən Boğaz körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. "Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanla Türkiyə...

Bağla