MİSİR FƏTVA QURUMU COVİD-19 PEYVƏNDİ BARƏDƏ AÇIQLAMA VERDİ

0

Misirin fətva qurumu covid-19 peyvəndi barədə bəyanat yayıb.

İslamveirfan.com xəbər verir ki, fətvada peyvəndin vacib olduğu bildirilib.

“Müasir dövrdə epidemiyaların qarşısını almağın əsas yollarından biri, insan vücudunun mikroblara qarşı immunitetini peyvəndlərlə artırmaqdır. Bu gün xəstəliklərdən qorunmanın ən effektiv yolu tibbi peyvəndlərdir. Xəstəliyin yoluxaraq yayılma təhlükəsi varsa peyvənd vurdurmaq vacibdir.” – deyə fətvada bildirilir.

Həmçinin Misirin baş müftisi Şövqi Allam bildirib ki, mütəxəssislər covid-19 peyvəndinin virusa qarşı effektiv olduğunu və mənfi təsirinin olmadığını müəyyən edərsə sağlamlığın qorunması üçün bu peyvəndi vurdurmaq vacibdir.

Qeyd edək ki, ötən gün Misirdə peyvənd vurma prosesi səhiyyə işçiləri ilə başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AMERİKA MÜSƏLMANLARI CO BAYDENƏ TƏŞƏKKÜR ETDİ

ABŞ-ın 46-cı prezidenti Co Baydenin and içərək vəzifəyə başlamasından sonra ölkədəki müsəlman cəmiyyətləri ona təbrik və dəstək mesajları göndərib. Ölkədəki...

Bağla