Türkiyənin xüsusi xidmət orqanı MİT (Milli İstihbarat Təşkilatı) Şimali İraqda keçirdiyi uğurlu əməliyyatla separatçı PKK/KCK terror təşkilatının axtarışda olan terrorçusunu məhv edib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, Kərkük əyalətinin qondarma məsul şəxsi, qırmızı kateqoriya üzrə axtarışda olan Remzi Avcı MİT-in Şimali İraqın Süleymaniyə bölgəsində keçirdiyi uğurlu əməliyyatla zərərsizləşdirilib.