MİT PKK-NIN RƏHBƏR ŞƏXSİNİ MƏHV ETDİ

0

Türkiyənin xüsusi sidmət orqanı MİT (Milli İstihbarat Təşkilatı) terror qruplaşması PKK/YPG-nin Aynularab (Kobani) üzrə rəhbər şəxslərindən olan Tuba Karakoçu zərərsizləşdirib.

Yerli mətbuatın xəbərinə görə, 2013-cü ildə PKK terror qruplaşmasına girən Karakoçu MİT keçirdiyi əməliyyatla məhv edib.

Türkiyədə terakt törətməyə hazırlaşan və bir çox terror hadisəsinə görə məsuliyyət daşıyan Tuba Karakoçun PKK-ya maliyyə dəstəyi təmin etmək üçün İraqa gedib gəldiyi bildirilib.

Bu məlumatlardan sonra MİT terrorçunu izləməyə başlayıb və onu Suriyanın Sırrınayn bölgəsində öldürüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Hər zaman Azərbaycanın yanında olacağıq və bu, dəyişilməz dövlət siyasətidir”

"Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və bu, dəyişilməz dövlət siyasətidir". Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büro katibi, millət...

Bağla