MN VƏ DQİDK BİRGƏ TƏDBİRLƏR PLANI İMZALAYIB

0

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında  2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub.

Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub.

Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq, o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyəli nazir: “Zəngəzur dəhlizi 2028-ci ildə reallaşa bilər, Ermənistandan da müsbət siqnallar var”

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini...

Bağla