Rusiyanın paytaxtı Moskva şəhərində sayları 2 milyona çatan müsəlmanlar yeni İslami tədris mədrəsəsi açıblar. Yeni mədrəsəyə Rusiyada yaşamış müsəlman fəal Zaynulla Raasulyevin adı verilib. Yeni mədrəsəyə Moskva müftisi Eldar Əlauddinovun rəhbərlik etdiyi “Rusiya Müsəlmanları Mənəvi Məclisi”nin maddi dəstək təmin etdiyi bildirilir. “Windowoneuroasia”nın məlumatına görə, mədrəsə bir neçə günə qədər tələbə qəbuluna başlayacaq.
Yeni mədrəsə ilə birlikdə Moskvada məscid sayı 8-ə, mədrəsə sayı 14-ə çatıb. Moskva şəhərinin ətrafında da çox sayda kiçik məscidlərin olduğu bildirilir.
ŞİRƏLİ MƏMMƏDOV