Türkiyənin xarici işlər naziri ötən axşam Azərbaycana səfərə gəlib. Bu barədə Türkiyə xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkədəki şəxsi səhifəsində məlumat verib.
“Brüsseldə keçirilən Ukrayna mövzulu NATO xarici işlər nazirlərinin fövqəladə iclasından sonra, münasibətlərimizi və regional hadisələri müzakirə etmək üçün Can Azərbaycandayıq.” – deyə Türkiyənin baş diplomatı tvitter paylaşımında bildirib.