Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana işgüzar səfərə gələcək.
İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Məlumatda bildirilir ki, nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağ problemini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Məluatda, Azərbaycan prezidenti İlham Əliyevin Mövlüd Çavuşoğlunu qəbul edəcəyi istisna edilmir.