MÖVLUD ÇAVUŞOĞLUNA YENİ VƏZİFƏ VERİLDİ

0

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu yeni vəzifəyə seçilib.

Yerli mətbuatın xəbərinə görə sabiq baş diplomat  NATO Parlament Assambleyasında (NATO PA) Türkiyə nümayəndə heyətinin sədri seçilib.

Məlumata görə, Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti 11 iyul 2023-cü il çərşənbə axşamı günü 28-ci Qanunvericilik Dövrü üçün keçiriləcək sədr seçkisi gündəliyi ilə toplandı.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkillərinin təklifi ilə sədrliyə namizədliyi irəli sürülən Antalya millət vəkili Mövlud Çavuşoğlu səs çoxluğu ilə NATO PA Türkiyə nümayəndə heyətinin sədri seçilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən...

Bağla