İslam peyğəmbəri Həzrəti Muhammədin (ﷺ) doğum (Mövlud) günü münasibəti ilə Omanda məhkumlar üçün əfv elan edilib.
Ölkənin rəsmi ONA agentliyinin məlumatına görə, Oman sultanı Həysəm bin Tariq bu barədə qərar imzalayıb.
Əfv qərarı, 107 nəfəri əcnəbi olmaqla ümumilikdə 328 məhkuma şamil edilib.
Xəbərdə əfv edilənlərin işlədikləri cinayət və əcnəbilərin milli mənsubiyyəti barədə məlumat verilməyib.