Mərakeş kralı VI Məhəmmədin Mövlud günü münasibətilə əfv fərmanı verdiyi bildirilib.
Mərakeş Ədliyyə Nazirliyindən verilən açıqlamada, fərmandan 638 məhbus və məhkumun faydalandığı bildirilib.
Açıqlamada məhbuslardan 25-nin qalan cəzalarını çəkməkdən azad olunduğu, 453 nəfərin isə cəzasının azaldıldığı bildirilib.
Bəyanatda 3 mərakeşli məhkumun ömürlük həbs cəzalarının azaldıldığı, həbs olunmadan mühakimə olunan 157 nəfərin isə bəraət aldığı bildirilib.