İndoneziyalı Qurani-Kərim müəlliməsi məsciddə Quran tilavət edərkən dünyasını dəyişib.
Hadisə İndoneziyanın paytaxtı Cakarta şəhərindəki “Assafiyat” məscidində baş verib.
Qibtə ediləcək hadisəni əks etdirən video-görüntülər sosial şəbəkə platformlarında sürətlə yayılıb.
Qurani-Kərimdən qısa surələri, Fatihə surəsini və Bəqərə surəsinin ilk ayələrini tilavət edən müəllim, Bəqərə surəsinin 163-cü ayəsini ( وَإِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِد – sizin İlahınız Tək bir İlahdır) oxuyaraq vəfat edir.
Həmin görüntüləri oxucularımıza təqdim edirik: