MÜƏZZİN QAMƏT OXUYANDA DÜNYASINI DƏYİŞDİ

0

Türkiyədə müəzzin zöhr namazı üçün məsciddə qamət oxuyanda dünyasını dəyişib. Hadisə Bursa vilayəti Nilüfer rayonunun İhsaniyə məhəlləsindəki mərkəzi məsciddə baş verib.

Məlumata görə zöhr namazı üçün qamət oxumağa hazırlaşan 51 yaşlı Nazmi Aydının qəfildən halı pisləşib. Yerə yıxılan Aydına ilk müdaxiləni məsciddə olan möminlər göstərib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb və müəzzin xəstəxanaya çatdırılıb. Xəstəxanada göstərilən bütün müdaxilələrə bxmayaraq Nazmi Aydının həyatını xilas etmək mümkün olmayıb.

10 ildir mərkəzi məsciddə müəzzin olan Aydının infarktdan öldüyü bildirilib. Ailəli olan müəzzinin iki övladı qalıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SPİRTLƏ DEZİNFEKSİYA GÜNAHDIRMI?

1. Təmizlik İslam dinində ibadət hesab olunur və bununla bağlı çoxlu sayda ayeyi-kərimələr və hədisi-şəriflər vardır (Bax. “Bəqərə”, 2/222; “Maidə”,...

Bağla