Azərbaycanda 2500-ə qədər məscid var.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədri bu məscidlərdən 1500-ə qədərinin daimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Mübariz Qurbanlı din adından sui-istifadə halları məsələsinə də toxunub: “İslam dinindən və başqa dinlərdən də sui-istifadə halları var. Dövlətimizin qarşısında duran vəzifə Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirməkdir”.
Apa