MÜBARİZ QURBANLI: “BAKI İLAHİYYAT KOLLECİNDƏ 20 NƏFƏR TƏHSİL ALACAQ”

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İlahiyyat Kollecinə 20 nəfərin qəbulunun nəzərdə tutulduğunu bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, təhsil müəssisəsinin binasının harada yerləşməsi ilə bağlı məsələ İqtisadiyyat Nazirliyinin səlahiyyətindədir.

“Bu, təhsil müəssisəsinin yaradılması ilə bağlı imzalanmış sənəddə əksini tapıb. İqtisadiyyat Nazirliyi müvafiq qurum vasitəsilə müəyyən təkliflər verəcək. Bundan sonra məsələ öz həllini tapacaq. İlkin olaraq müəllim və tələbə heyəti də daxil olmaqla 20 nəfərin qəbulu nəzərdə tutulur. Növbəti illərdə bu sayın artacağını nəzərə alsaq, bir bina təklif olunacaq”, – M.Qurbanlı vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA SƏNƏDLƏR İMZALANIB

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər bu gün Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə...

Bağla