MÜBARİZ QURBANLI: “DİN ADINDAN SUİ-İSTİFADƏ HALLARI YALNIZ İSLAMA AİD DEYİL”

0

“Din adından sui-istifadə halları yalnız islama aid deyil”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2500-ə qədər məscid var: “Onlardan 1500-ə qədəri isə daimi fəaliyyət göstərir. Bir məsələni də qeyd edim ki, din adından sui-istifadə halları yalnız islama aid deyil. Başqa dinlərdən də sui-istifadə halları vardır. Dövlətimizin qarşısında duran vəzifə Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirməkdir”.

Dövlət Komitəsinin sədri bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman milli-mənəvi dəyərlərin qorunmasına öz töhfəsini verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA 181 DİN XADİMİNİN FƏALİYYƏTİNƏ XİTAM VERİLİB

“Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz...

Bağla