MÜBARİZ QURBANLI: XOCALI SOYQIRIMINI TÖRƏDƏNLƏR BU CİNAYƏTƏ GÖRƏ CAVAB VERMƏLİ OLACAQLAR

0

Biz bir an belə Xocalı soyqırımını unutmamalıyıq və bütün dünyanı da məcbur etməliyik ki, bunu yaddaşına həkk etsin.

Bildirilir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində “Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.

Komitə sədri deyib ki, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir: “Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkədə ciddi işlər görülüb və bu gün də davam edi. Soyqırımına hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olub. Soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun da danılmaz əməyi olub. Görülən işlərin nəticəsi olaraq bu soyqırımının tanınması baxımından müsbət irəliləyişlər əldə edilib. Çünki ölkədə xalqın birliyi var və dövlət başçısına bu istiqamətdə gördüyü işdə dəstək olmalıyıq”.

M.Qurbanlı bildirib ki, Xocalıda törədilənlər insanlıq əleyhinə qarşı törədilmiş cinayətdir: “Bu cür cinayətkarlar harada olmalarından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Xocalı soyqırımını törədənlərin başında duran Sarkisyan, Koçaryan bir gün bu cinayətə görə cavab verməli olacaqlar”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KÜVEYT QƏZETLƏRİ XOCALI SOYQIRIMINDAN YAZDI

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Vatan” qəzetində “Azərbaycan...

Bağla