MÜDAFİƏ NAZİRLİYİ İLƏ DİNİ QURUMLARLA İŞ ÜZRƏDÖVLƏT KOMİTƏSİ ARASINDA İLLİK FƏALİYYƏT PLANI İMZALANIB

0

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2018-ci il üçün birgə fəaliyyət planı imzalanıb.

Sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

Bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

Xəbər: Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UŞAQLARIN PEYĞƏMBƏR SEVGİSİ

Həsən 9-10 yaşlarında idi. Mərhum Mustafa Akkadın məşhur “ər-Risalə/Çağrı” filmini seyr etmişdi evdə. Çox təsirlənmişdi. Filmin görünən oyunçularından çox görünməyən oyunçularına...

Bağla