MÜDAFİƏ NAZİRLİYİ İLƏ DQİDK ARASINDA FƏALİYYƏT PLANI İMZALANIB

0

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün birgə fəaliyyət planı imzalanıb. Sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI QAZAXISTANLA BAĞLI FÖVQƏLADƏ TOPLANTI KEÇİRƏCƏK

Yanvarın 11-də Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək. Bildirilib ki, videokonfrans formatında baş tutacaq iclasın əsas...

Bağla